Alsunun Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya

21.01.2025

Icma.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.

Alsunun Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya

Məşhur tatar müğənni Alsu Bakıda verəcəyi konsertlə bağlı paylaşım edib.

OLAY yazır ki, 14 fevralda Azərbaycanda sevənlərinin qarşısına çıxacağını bildirən sənətçiyə ermənilərdən reaksiya gecikməyib.

Onlar müğənninin Bakıda konsert verməsini düzgün hesab etmədiklərini yazıblar. Həmçinin “məsum” ermənilərin həbsdə olması kimi absurd şərhlər veriblər. Alsu isə yazılan rəylərə reaksiya verməyib.

Qeyd edək ki, müğənni Bakı Konqress Mərkəzində - Sevgililər günündə səhnəyə çıxacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью