“Altay” Avropa çempionatında 2 ci yeri tutub FOTO

14.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Klublararası Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan yarışda 3 klubla təmsil olunur.

Mükafatlar uğrunda “Altay”, “Atlet” və “Mübariz” klublarının taekvondoçuları mübarizə aparırlar. Kiçikyaşlı yeniyetmələrin yarışında idmançılarımız 3 qızıl, 1 gümüş və 2 bürünc qazanıblar.

Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq) və Fərid Məlikli (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıblar. “Altay” komanda hesabında iki qızıl medalla 2-ci yeri tutub.

Qeyd edək ki, çempionata bu gün yekun vurulacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью