Altay Bayındır Mançester Yunayted i London klubuna dəyişə bilər

01.03.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə millisinin qapıçısı Altay Bayındır "Mançester Yunayted"dən ayrıla bilər.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı qapıçıya İngiltərə Premyer Liqasında yarışan klublardan təkliflər var.

Onu israrla heyətində görmək istəyən klublardan biri "Fulhem"dir. London təmsilçisi türk qapıçı üçün indidən hərəkətə keçib. "Fulhem" Bayındırı icarəyə də götürə bilər. Altayın "Mançester Yunayted"lə müqaivlə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Qeyd edək ki, o, 2023-cü il sentyabrın 1-də "qırmızı şeytanlar"la müqavilə imzalayıb. Bayındır "Ankaragücü", "Fənərbağça" klublarının da qapısını qoruyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью