Altay diyarında çoxmənzilli binada qaz partlayışı: 14 nəfər xəsarət aldı

24.11.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Altay diyarının Kulunda kəndində çoxmənzilli binada qaz partlayışı nəticəsində 14 nəfər xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlərdən bildirilib.

"Binada 127 nəfər yaşayır, onlar üçün iki müvəqqəti yerləşdirmə məntəqəsi açılıb. Partlayışdan sonra bina yoxlanılmayana qədər ora daxil olmaq olmaz. İlkin məlumata görə, xəsarət alanların sayı 14 nəfərdir ki, onlardan da biri dağıntılar altında ola bilər", - agentliyin həmsöhbəti bildirib.

Məlumata görə, hadisə yuxarı mərtəbədəki mənzillərin birində baş verib, iki blokda dördüncü və beşinci mərtəbələr çöküb.

Hadisə yerində müvafiq xidmətlər işləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью