Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadənin də həbs edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub:
“Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.
Altay Məmmədzadə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Altay Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib”.
Qeyd edək ki, daha öncə Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbs edildiyi barədə məlumat yayılıb.