Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın Ayova ştatının sakini 52 yaşlı Rayan Uillis Makfarland intihar etməzdən əvvəl ailəsinin altı üzvünü öldürüb.
Axar.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Məlumata görə, o, bir evdə dörd nəfəri, digər iki yerdə isə iki nəfəri öldürüb:
“Cinayətkar polis gəlməmişdən əvvəl binanı tərk edib və daha sonra intihar edib. Onun cəsədi Missisipi çayı yaxınlığındakı meşə cığırında aşkar edilib. Hüquq-mühafizə orqanları qurbanların adlarını və yaşlarını açıqlamayıb”.