Altı ay ərzində 9 mindən çox boşanma halı qeydə alınıb

17.08.2026

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 19 min 224 nikaha daxilolma və 9 min 776 boşanma halı qeydə alınıb.

Qaynarinfo Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2-dən 1,9-a enib.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (4,8), Qarabağ (4,6), Bakı, Dağlıq Şirvan, Qazax-Tovuz (4,0) və Lənkəran-Astara (3,9) iqtisadi rayonlarında ölkə göstəricisindən (3,8) yüksək olub.

Cari ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2 min 85 nəfər gələn, ölkədən isə 1159 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu ölkə üzrə müsbət 926 nəfər təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью