Altı ay ərzində üç prokurorluq əməkdaşı işdən çıxarılıb

17.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin altı ayı ərzində üç prokurorluq əməkdaşı vəzifədən azad edilib.

Oxu.Az-ın məlumatına görə, bunu Bakı Şəhər Prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində Bakı şəhər prokuroru Elşən Abbasov deyib. O bildirib ki, prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilir: "Hesabat dövründə Bakı şəhər prokurorluq orqanlarının üç əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub".

Samir Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью