Altı aya boşaldılmalı olan mənzillər 6 ildir zəbt edilib | Icma.az
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) illərdir davam edən ciddi sosial proble
Akademiya tərəfindən 2018-cu ildə 6 əməkdaşa mənzil verilməsinə baxmayaraq, həmin şəxslər aspirantlar yataqxanasındakı otaqları bugünədək bo
Nəticədə yaşayış yerinə ehtiyacı olan aztəminatlı elmi işçilər və gənc tədqiqatçılar yataqxanaya yerləşə bilmir.
Mövcud qaydalara əsasən, dövlət və ya qurum tərəfindən mənzillə təmin edilən şəxslər ən gec 6 ay ərzində yataqxanadakı otağı təhvil verməlidir.
Lakin indiki halda qanunvericiliyin tələbi kobud şəkildə pozulub və 6 il ərzində heç bir real tədbir görülməyib.
Məsələ xüsusilə ona görə narazılıq doğurur ki, hazırda yataqxanaya yerləşmək üçün növbədə olan şəxslər sırf akademiya əməkdaşları və maddi durumu ağır olan alimlərdir.
Onların bəziləri illərdir kirayələrdə qalır, digərləri isə ümumiyyətlə yaşayış problemi səbəbindən elmi fəaliyyətini davam etdirməkdə çətinlik çəkir.
İddialara görə, mənzil alan şəxslərdən bəziləri öz evlərini kirayə verdikləri üçün, yataqxanadakı otaqları boşaltmır.
Tam oxu
Xəbəri oxu