Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çindəki Mədən və Texnologiya Universitetinin professoru Liu Xinhuanın rəhbərlik etdiyi tədqiqat qrupu, məşhur insanabənzər robotlardan və robot itlərdən fərqli struktura malik yeni robot hazırlayıb.
Reyting.az xəbər verir ki, tədqiqatçıların həşəratların hərəkətindən ilhamlanaraq hazırladıqları yeni “kosmik mədən robotu” mikroqravitasiya mühitində işləmək üçün nəzərdə tutulub.
Tədqiqatçılar deyiblər ki, Ayda və asteroidlərdə mineral kəşfiyyat və çıxarma əməliyyatlarında istifadə edilməsi nəzərdə tutulan robot 3 təkər və 3 pəncədən ibarət 6 ayağı sayəsində asteroidlərin səthinə sabitlənə və qayalıq ərazilərdə asanlıqla hərəkət edə bilir.
“Biz müvəffəqiyyətlə mikroqravitasiya simulyasiyası apardıq, beləliklə, robotun səthində simulyasiya təcrübələri topladıq. Bu, ilkin dizaynımızın düzgünlüyünü sübut etdi”,- tədqiqatçılar deyiblər.
V. QULİYEV