Altı ayda 18 terrorçu Türkiyə jandarma əməkdaşlarına təslim olub

27.09.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 27 sentyabr, AZƏRTAC

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son 6 ayda 30 vilayətdə 18 terror təşkilatı üzvünün jandarma əməkdaşlarına təslim olduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, nazirin şənbə günü sosial şəbəkədəki paylaşımında hesabat dövründə aparılan əməliyyatlar zamanı terrorçuların istifadə edə biləcəyi 144 sığınacaq və mağara girişlərinin məhv edildiyi bildirilir.

Jandarma xüsusi təyinatlılarının iştirak etdiyi əməliyyatlarda ATAK helikopterləri və hücum pilotsuz təyyarələri iştirak edib.

Əməliyyatlar nəticəsində, 174 əl qumbarası, 119 atıcı silah, 58 mina, 47 kiloqram partlayıcı maddə, 13 RPQ-7 qumbaraatan, 1 odsaçan və sair aşkar edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью