Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatına start veriləcək.
İdman.Biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın altı təmsilçisi medal uğrunda mübarizə aparacaq.
Oğlanlar arasında Ayxan Mirzəzadə 60 kq, Məhəmməd Musayev isə 66 kq çəki dərəcəsində tatamiyə çıxacaq.
Qızların yarışında Nərgiz Əhmədova 48 kq, Aysun Məmmədova 52 kq, Xədicə Qədəşova və Vüsalə Hacıyeva isə 57 kq-da qüvvələrini sınayacaqlar.
İlkin mərhələnin görüşləri Bakı vaxtı ilə saat 07:00-da, final bloku isə 16:00-da başlayacaq. Qarşılaşmalar JudoTV platformasında canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında doqquz oğlan və beş qız olmaqla 14 cüdoçu ilə təmsil olunur. Fərdi yarışlar noyabrın 19-21-də, qarışıq komandaların mübarizəsi isə noyabrın 22-də keçiriləcək.