Altı güləşçimiz bu gün dünya çempionatında mübarizə aparacaq

14.10.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

ABŞ-nin Las-Veqas şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, bu gün Azərbaycanın dörd yunan-Roma güləşçisi təsəlliverici görüşlərdə, iki qadın güləşçisi isə 1/8 final mərhələsində mübarizə aparacaq.

63 kq çəki dərəcəsində Ayxan Cavadov ekvadorlu Klisman Adrian Karrasedo Velizlə, 77 kq-da Ruslan Nurullayev iranlı Ahura Malek Məhəmməd Buveiri Piani ilə, 87 kq-da Orxan Hacıyev serbiyalı Antal Vamosla qarşılaşacaq.

130 kq çəki dərəcəsində çıxış edən Məzaim Mərdanov isə yunanıstanlı Axilleas Xrisidis və ermənistanlı Aramayis Harutyunyanla üz-üzə gələcək.

Qadın güləşçilərdən Gültəkin Şirinova (55 kq) 1/8 finalda özbəkistanlı Ulmeken Esenbayeva ilə qarşılaşacaq. Günay Qurbanova (59 kq) isə bu mərhələdə yaponiyalı Natsuki Yamaquçi və ABŞ təmsilçisi Aleksis Mari Janiakla mübarizə aparacaq.

Görüşlər Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, oktyabrın 18-dək davam edəcək dünya çempionatında Azərbaycanı 23 güləşçi təmsil edir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью