Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Lionel Messinin MLS-də “Hyuston Dinamo” ilə matçda iştirak etməməsi ilə bağlı sualı cavablandırıb.
Sportal.az "ESPN"ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis həmyerlisinin oynamamasına bu cür aydınlıq gətirib: "Əlbəttə ki, bu barədə Leo ilə danışmışıq və mən həmişə təkrar edirəm: dünyada Leo qədər öz bədənini daha yaxşı bilən futbolçu tanımıram.Altı gün ərzində üç matçdan sonra Messinin istirahət etməsinin daha yaxşı olacağını düşündük.
Xüsusən də 2,5-3 saat vaxt aparan uçuşların olduğunu nəzərə aldıq". Qeyd edək ki, “İnter Mayami" bu görüşdə rəqiibnə 4:1 qalib gəlib.
saytlarin hazirlanmasi Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.