Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanda 2018-ci il mayın 3-də HSBC bankının İrəvandakı filialına silahlı hücum etmiş polis polkovniki Daniel Danielyan ömürlük həbs cəzasına məhkum edilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qarət məqsədilə edilən hücum zamanı filialın bir əməkdaşı öldürülüb, daha biri isə yaralanıb. Həmin vaxt Yol Polisinin xüsusi şöbəsinin rəisi olan D.Danielyan yoldan keçənlər tərəfindən dərhal zərərsizləşdirilib.
Məhkəmə prosesi 6 il davam edib.