Altı nəfər dönərdən zəhərləndi SİYAHI

11.11.2025

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəmkir şəhərində 6 nəfər dönərdən zəhərlənib.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə ötən gün şəhərin ərazisində yerləşən “Mersin” dönərxanasında baş verib.

Belə ki, şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью