Altı Premyer Liqa nəhəngi Barselona nın ulduzunu istəyir

29.09.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Barselona”nın futbolçusu Dani Olmo yanvar transfer pəncərəsində İngiltərə klublarının maraq dairəsindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.

Məlumata görə, vasitəçilər Olmonun mümkün transferi ilə bağlı altı Premyer Liqa klubu ilə əlaqə saxlayıb. Bunlar “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem”dir.

Bildirilir ki, klublardan heç biri hələlik rəsmi təklif irəli sürməyib. Hazırda tərəflər mümkün transferin şərtlərini və belə bir keçidin reallaşma imkanlarını araşdırırlar.

Dani Olmonun “Barselona” ilə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir. Kataloniya klubu futbolçunu vacib oyunçu hesab edir, lakin uyğun maliyyə təklifi daxil olacağı təqdirdə vəziyyətin dəyişə biləcəyi qeyd olunur.

Olmonun yanvar ayında komandadan ayrılıb-ayrılmayacağı qarşıdakı aylarda müəyyənləşəcək.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью