Altı uşaq anası sadəcə işləmək istəyirmiş... Göyçaydakı dəhşətli hadisənin təfərrüatı (VİDEO)

08.03.2025

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Göyçay rayon İnçə kənd sakini, 6 uşaq anası Gülnarə Səmədova intihar edib. 

Sitat.info xəbər verir ki, 43 yaşlı xanımın həyat yoldaşı Elçin Səmədov “Baku TV”yə bildirib ki, ailənin böyük övladı 18, kiçiyi isə 5 yaşındadır. 

Ailə başçısı deyib ki, xanımının işləməsini istəməyib: “Mən ona dedim ki, işə getmə. O isə bildirdi ki, “yox, mən işləyəcəyəm”. Allah bərəkət versin, 630 manat sosialdan alıram. 600 manat da özüm çobanlıqdan qazanıram. İstixanalarda, bağlarda işləyib günə 15-20 manat qazanırdı. Uşağı da yanına alıb gedirdi. Gələndə deyirdi ki, “yorğunam, ağrıyıram”. Deyirdim getmə də, qal bir az dincəl. Bu qarlı günlərdə mən onu saxlaya bilmədim. O soyuqda, şaxtada səhər saat 5-də gedirdi, axşam 9-un yarısı gəlirdi. 9-da qadın evə gələr? Gəlməz axı. Bəs evdə 6 bala qoyub gedirsən, onlar da yazıqdır da, yeməkləri, içməkləri, məktəbləri var. Mən buna görə istədim ki, işləməsin, otursun evdə, mənim uşaqlarıma baxsın. O da buna etiraz etdi”.

Mərhumun həyat yoldaşı onu da bildirib ki, hadisə baş verən vaxt evdə olmayıb: “Mən də çıxıb getdim işimə. Ötən ayın 24-ü getmişəm, martın da 6-sı eşitdim ki, özünü asıb. Böyük uşağa balacaları da verib ki, məktəbə, bağçaya aparsın. O da aparıb və qayıdanda görüb ki, anası özünü ağacdan asıb”.

Qadının qaynı Coşqun Səmədovun sözlərinə görə isə ailə çox yaxşı dolanıb: “Nə döyür, nə söyürdü. Yazıq hər şeyi də edirdi. Mən evdə yox idim. Gəldim gördüm ki, millət tökülüb qapıya”. 

Qeyd edək ki, 6 uşaq anası martın 6-da günorta saatlarında özünü yaşadığı evin həyətindəki meyvə ağacından asıb. Hazırda faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью