“Altın Çocuk” vəfat etdi

05.10.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, “Altın Çocuk” ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi.

Göksel Arsoy yaraşıqlılığı və canlandırdığı baş rollarla Yeşilçamın ən məşhur aktyorlarından biri olub. O, aktyorluqla yanaşı, prodüser kimi də fəaliyyət göstərərək türk kinosunun inkişafına töhfə verib.

“Altın Çocuk” ləqəbini ona rejissor Halit Refiğ verib. Arsoy xüsusilə 1960-cı illərin ilk yarısında çəkildiyi filmlərlə böyük şöhrət qazanıb. Onun “Samanyolu”, “Bulunmaz Uşak”, “Taş Bebek” kimi ekran əsərlərindəki rolları tamaşaçıların yaddaşında qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью