Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Çarlz Darvin Universiteti və BirdLife Australia mütəxəssislərinin keçirdiyi genişmiqyaslı qiymətləndirmə Avstraliya faunası üçün kəskin xəbərdarlıq ortaya qoyub. 2 mindən çox canlı növü üzərində aparılan tədqiqata əsasən, qitədəki heyvan və quş növlərinin hər beşindən biri ölümcül H5N1 quş qripi virusuna yoluxma riski altındadır.
Tədqiqatçılar vurğulayır ki, pingvinlər, dəniz pişikləri, suitilər, delfinlər, 300-dən çox quş növü və hətta tasmaniya şeytanı virusun yayılması nəticəsində kütləvi populyasiya itkisi ilə üz-üzə qala bilər. Məhdud adalarda məskunlaşan 5 quş növünün isə tamamilə yer üzündən silinmə təhlükəsi var. İndiyədək virusdan azad tək qitə sayılan Avstraliyada ilk kütləvi tələfat faktları artıq aviasiya müşahidələri ilə Cənubi Avstraliya ərazisində qeydə alınıb.
Ağır mənzərəyə baxmayaraq, epidemiya materikdə hələ yeni başladığı üçün qabaqlayıcı tədbirlər görmək mümkündür. Avstraliya hökuməti ölkənin bioloji müxtəlifliyini qorumaq və virusla mübarizə aparmaq məqsədilə artıq 113 milyon dollar həcmində təcili maliyyə vəsaiti ayırıb.
Hazırladı:
Arzu Əliyeva
XQ