Altıqat olimpiya çempionu karyerasını bitirdi

25.11.2024

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Altıqat olimpiya çempionu, avstraliyalı üzgüçü Emma Makkeon peşəkar karyerasını başa vurub.

Moderator.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.

Qeyd edək ki, E.Makkeon karyerası ərzində olimpiadada 6 qızıl, 3 gümüş və 5 bürünc medalı əldə edib. 30 yaşlı idmançı həmçinin dünya çempionatlarında 5 qızıl medal qazanıb. Ümumilikdə 14 olimpiya medalı qazanan üzgüçü bu baxımdan Avstraliya idmançıları arasında rekorda sahibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью