Altıqat olimpiya çempionu karyerasını bitirib

25.11.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Altıqat olimpiya çempionu, avstraliyalı üzgüçü Emma Makkeon peşəkar karyerasını başa vurub.

"Report" xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.

Qeyd edək ki, E.Makkeon karyerası ərzində olimpiadada 6 qızıl, 3 gümüş və 5 bürünc medalı əldə edib. 30 yaşlı idmançı həmçinin dünya çempionatlarında 5 qızıl medal qazanıb. Ümumilikdə 14 olimpiya medalı qazanan üzgüçü bu baxımdan Avstraliya idmançıları arasında rekorda sahibdir.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью