Altıqat olimpiya çempionu karyerasını bitirib

25.11.2024

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Altıqat olimpiya çempionu, avstraliyalı üzgüçü Emma Makkeon peşəkar karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.

Qeyd edək ki, E.Makkeon karyerası ərzində olimpiadada 6 qızıl, 3 gümüş və 5 bürünc medalı əldə edib. 30 yaşlı idmançı həmçinin dünya çempionatlarında 5 qızıl medal qazanıb. Ümumilikdə 14 olimpiya medalı qazanan üzgüçü bu baxımdan Avstraliya idmançıları arasında rekorda sahibdir.

Azərbaycan təmsilçilərindən 3 medal Xizəkçilər dopinqlə bağlı təlimdə Badmintonçularımızdan 7 medal: 3 qızıl, 2 gümüş, 2 bürünc “Formula 1”də yeni müqavilə “Formula-1”də istefa
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью