Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ötən gecə yatmamışdıq, amma sanki yuxu görürdük. Həmişə ekrandan “Liverpul”la başqa komandaların qarşılaşmasını izlədiyimiz möhtəşəm “Enfild Roud”a bu dəfə Azərbaycan komandası çıxmışdı”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri tanınmış jurnalist İlkin Fikrətoğlu “Sportinfo” üçün hazırladığı videosüjetdə qeyd edib.
Jurnalist videomaterial boyu altıqat ÇL qalibi “Liverpul”la təmsilçimiz arasındakı maliyyə, strategiya və psixoloji hazırlıq səviyyələrini müqayisə edir, Qurban Qurbanovun oyunun gedişatında reallaşdırdığı əvəzetmələri bir daha xatırlayır.
Hər iki klubun mümkün qol epizodlarını analiz edir. Matçın nəticələrinin öncədən razılaşdırılması ilə bağlı irəli sürülən ittihamları məsxərəyə qoyur:
“Cahil toplum da var, “Qarabağ” udanda “almışdılar”, uduzanda “satmışdılar” deyən beyinsizlər dəstəsi...”
Ətraflı videomaterialda: