Altsheymer xəstəliyinin ən başlıca risk amili açıqlandı

07.10.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Piylənmə Altsheymer xəstəliyinin inkişafına təsir göstərən ən güclü risk amilidir.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Hyuston Metodist Akademik İnstitutunun neyrodegenerativ xəstəliklər üzrə eksperti Stiven Vonq bildirib ki, artıq çəki ilə beyin fəaliyyətinin pisləşməsi arasındakı əlaqə əvvəllər də sübuta yetirilib. Lakin yeni tədqiqatlar göstərib ki, piylənmə koqnitiv bacarıqları siqaretçəkmə, diabet və ya yüksək təzyiqlə müqayisədə daha güclü zəiflədir.

Alimlər bədən çəkisi normal olan və piylənmədən əziyyət çəkən insanlardan əldə edilmiş piy tərkibli molekulları (lipidləri) müqayisə ediblər. Məlum olub ki, çəki artıq olanda müəyyən tip lipidlər Altsheymer xəstəliyinə xas olan zülal topacıqlarının - amiloid düyünlərinin əmələ gəlməsini sürətləndirir.

Amiloid düyünləri neyronların məhvinin bilavasitə səbəbi olmasa da, toxumaları məhv edən prosesləri işə salır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью