Altsheymer xəstəliyinin müalicəsi istiqamətində yeni elmi nəticə

06.07.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Altsheymer xəstəliyinin yaranma səbəblərinin öyrənilməsi və onun müalicəsinə dair yeni yanaşmaların hazırlanması istiqamətində aparılan elmi tədqiqatlar mühüm nəticələr verməkdə davam edir. Bu sahədə əldə olunan son nailiyyətlər gələcəkdə xəstəliyin inkişafının ləngidilməsi və daha effektiv müalicə üsullarının hazırlanması baxımından perspektivli hesab olunur.

"ScienceDaily" beynəlxalq elmi xəbər portalının yaydığı məlumata görə, beynəlxalq tədqiqat qrupu Altsheymer xəstəliyi zamanı sinir hüceyrələrinin məhvinə səbəb olan mühüm bioloji mexanizmlərdən birini müəyyən edib. Alimlərin qənaətinə əsasən, həmin mexanizmə təsir göstərilməsi gələcəkdə yeni dərman preparatlarının hazırlanmasına və xəstəliyin inkişaf sürətinin azaldılmasına imkan yarada bilər.

Tədqiqatın nəticələri göstərir ki, beynin yaddaş və idrak funksiyalarına cavabdeh olan sinir hüceyrələrinin qorunmasına yönəlmiş yeni yanaşmalar Altsheymer xəstəliyinin müalicəsində mühüm rol oynaya bilər. Mütəxəssislər bildirirlər ki, hazırda aparılan araşdırmalar laboratoriya mərhələsində olsa da, əldə edilən elmi nəticələr gələcək klinik tədqiqatlar üçün möhkəm elmi əsas formalaşdırır.

Qeyd olunur ki, Altsheymer xəstəliyi dünyada demensiyanın ən geniş yayılmış forması hesab edilir və əhalinin yaşlanması fonunda bu xəstəliyin yayılma göstəricilərinin artacağı proqnozlaşdırılır. Bu baxımdan xəstəliyin erkən diaqnostikası və yeni müalicə üsullarının işlənib hazırlanması qlobal səhiyyənin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilir.

N.Adilqızı
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью