Altsheymer xəstəliyinin qarşısını alan 7 AMİL

16.11.2024

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ alimləri yeni elmi tədqiqatda yaşlanma ilə bağlı yaddaş və əqli pozulmanın qarşısını alan 7 əsas vərdişi aşkarlayıb.

Saglamolun.az bakupost.az-a istinadla xəbər verir ki, Missisipi Universitetinin tibbi mərkəzində 30 il ərzində 8823 könüllü üzərində müşahidələr aparılıb. İştirakçıların orta yaş həddi 50-55 yaş olub.

Alimlər onların hazırkı vəziyyəti ilə 20 il sonrakı vəziyyətini 7 amil üzrə qiymətləndirib:

Fiziki aktivlik, idman, siqaretdən imtina, düzgün qidalanma, çəkinin azalması, təzyiqin, xolesterin və şəkərin normada saxlanması.

Məlum olub ki, hətta ən az dərəcədə bu 7 vərdişin bəzilərinə əməl etmək insanı Altsheymerdən qoruyur.

Ən yüksək genetik risk olsa belə, sağlam həyat tərzi demensiya inkişafının qarşısını alır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью