Alüminosilikatların ətraf mühitin mühafizəsində tətbiqinə dair monoqrafiya nəşr edilib AZƏRTAC

20.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev, Zenfira Ağayeva, Hicran Rəfiyeva, Sevinc Bayramova və Sultan Məmmədovanın “Alüminosilikatlar, quruluşu və ətraf mühitin mühafizəsi üçün tətbiqi” (Aluminosilicates, structure and application for environmental protection purposes) adlı monoqrafiyası ingilis dilində nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada təbii alüminosilikat sorbentlərdən istifadə etməklə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması probleminin həllinə dair tədqiqat işlərinin nəticələri təqdim edilib.

Kitab ekoloji problemlər, təbii mineral xammal əsasında yeni effektiv sorbentlərin sintezinin işlənməsi və onların fiziki-kimyəvi xassələrinin öyrənilməsi ilə məşğul olan mütəxəssislər üçün maraqlı olmaqla yanaşı, bu sahədə tədqiqatlar aparan tələbələr, bakalavrlar və aspirantlar üçün də faydalı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью