Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Barselona” qış transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün Xulian Alvaresin keçidini nəzərdən keçirir.
Futbolpress.az “Diario Sport”a istinadən xəbər verir ki, klub artıq bu transferlə bağlı ilkin planlar qurur.
Məlumata görə, Madrid “Atletiko”su argentinalı hücumçu üçün 200 milyon avro tələb etməyə hazırlaşır.
Qeyd edək ki, Alvares bu mövsümdə Madrid təmsilçisinin heyətində 7 oyun keçirib və 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.