Alvares həmişə Barselona azarkeşi olub

24.09.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Atletiko”nun hücumçusu Xulian Alvaresin ilk məşqçisi Uqo Rafael Varas futbolçunun Madrid klubundan ayrılma ehtimalından danışıb.

QOL.az AS nəşrinə istinadən xəbər verir ki, o deyib: 

“Düşünürəm ki, bir vaxt gələcək ya komandada baş məşqçi dəyişəcək, ya da o özü klubunu. Mənə indi dedilər ki, onun “Barselona”ya keçməsi yaxşı olardı. Amma bu baş vermədi, çünki kataloniyalılar tələb olunan məbləği ödəyə bilmədilər. O, nə vaxtsa gedəcək, çünki həmişə “Barselona” azarkeşi olub. Mən isə onun “Real”da oynamasını istərdim”.

Qeyd edək ki, Alvares bu mövsüm “Atletiko”nun heyətində 5 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsi ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью