Alvaresin qol həsrəti davam edir

16.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Alvaresin qol həsrəti davam edir

“Atletiko”nun hücumçusu Xulian Alvaresin İspaniya çempionatında qol həsrəti davam edir.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, argentinalı futbolçu son 20 La Liqa oyununda cəmi 1 qol vurub. Bu göstərici iki mövsümə təsadüf edir.

Alvares 2026-cı ildə La Liqada keçirdiyi matçlarda da yalnız 1 dəfə fərqlənib. 2026/27 mövsümündə isə ilk 2 oyunda qol vura bilməyib.

Bu göstərici onun ötən mövsümdəki çıxışı ilə kəskin ziddiyyət təşkil edir. Alvares 2025/26 mövsümündə “Atletiko”nun heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun Çempionlar Liqasında isə 10 qolu olub.

Qeyd edək ki, “Transfermarkt” 26 yaşlı futbolçunun bazar dəyərini 100 milyon avro qiymətləndirir. Alvaresin “Atletiko” ilə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью