Alvarez “Atletiko”nun məşqinə çıxmadı “Barselona” ilə bağlı deyil

27.08.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

İspaniyanın “Atletiko” futbol klubunun hücumçusu Xulian Alvarez komandanın məşqində iştirak etməyib.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, argentinalı futbolçunun məşqə qatılmamasının “Barselona”ya mümkün keçidi ilə əlaqəsi yoxdur.

Alvarezə yaxın mənbələr onun intizamsızlıq etdiyi və ya klub rəhbərliyinə təzyiq göstərmək məqsədilə məşqə gəlmədiyi barədə məlumatları təkzib edib. Bildirilib ki, 26 yaşlı futbolçu gecə pis yatdıqdan sonra özünü narahat hiss edib. “Atletiko” da onun məşqi buraxmasının səbəbi kimi səhhətində yaranan narahatlığı göstərib.

Bununla belə, Alvarezin gələcəyi gündəmdə qalır. “Barselona” argentinalı hücumçunu heyətinə qatmaqda maraqlıdır. Lakin Madrid klubu futbolçunu birbaşa rəqibinə satmaq niyyətində deyil.

Qeyd edək ki, Alvarezin “Atletiko” ilə müqaviləsi 2030-cu ilə qədərdir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью