Alvarez ayrılmaq istəyir “Arzumu gerçəkləşdirmək istəyirəm”

23.06.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

“Atletiko”nun hücumçusu Julian Alvarez klubdan ayrılmaq istədiyini açıqlayıb.

Apasport.az xəbər verir ki, argentinalı futbolçu bu barədə ESPN-ə danışıb.

Alvarez açıqlamasında “Atletiko”dan ayrılmaq istədiyini gizlətməyib:

“Gizlənmək və ya açıq danışmaq istəmirmiş kimi görünmək niyyətində deyiləm. Dürüst insan olmağa çalışıram. “Atletiko” nümayəndələri ilə danışmışam və düşünürəm ki, hamı üçün ən yaxşısı mənim ayrılmağımdır”.

O, karyerası ilə bağlı arzusunu gerçəkləşdirmək istədiyini də vurğulayıb:

“Arzumu həyata keçirmək istəyirəm”.

Qeyd edək ki, Julian Alvarez 2025/26 mövsümündə “Atletiko”nun heyətində 54 oyuna çıxıb, 29 qol vurub və 8 məhsuldar ötürmə edib. Argentinalı hücumçunun adı son aylarda “Barselona” ilə hallanır. 

Berqvall ayrılmaq istəyir: “Tottenhem”də yay vidası TFF-dən Montellaya dəstək - “Biz yola çıxdıqlarımızı...” Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью