Alvaro Arbeloa Arda Güleri təriflədi

21.04.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Alvaro Arbeloa Arda Güleri təriflədi

"Real"ın baş məşqçisi Alvaro Arbeloa futbolçusu Arda Güler haqda danışıb.

QOL.az "Diario AS"a istinadən xəbər verir ki, mütəxəsiss Türkiyə millisinin üzvü barədə müsbət fikirlər səsləndirib: 

Arbeloa deyib: "Son 3 ay çox gərgin keçdi. Biz Arda ilə aramızda əla münasibət qurmuşuq. Mən bura gələndə Gülerin vacib matçlarda oynaya bilmədiyini dedilər. Amma onun "Bavariya" və "Mançester Siti" ilə keçirdiyi oyunlara baxın. Mən həmişə Ardanın istedadını, istəyini və komandaya bağlılığını görmüşəm".

Məşqçi həmçinin yarımmüdafiəçinin səhvlərindən dərs çıxarmaq və daim inkişaf etmək bacarığını da vurğulayıb: "Bu, onun ləyaqətidir. Arda etdiyi səhvlərdən necə dərs çıxaracağını bilir. O, əla mövsüm keçirir". 

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm 49 matça çıxıb, 6 qol vurub və 13 qolun ötürməsini verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью