Alvaro Arbeloa: “Ürəkdən və ruhdan doğulan qələbə”

02.02.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Alvaro Arbeloa La Liqanın 22-ci turunda “Rayo Valyekano” üzərində qazanılan 2:1 hesablı qələbə ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyundan sonra emosional açıqlama verib.

“Bu, ürəkdən və ruhdan doğulan qələbə idi. Azarkeşlər bizi irəli aparırdı. “Rayo Valyekano” həmişə bizə problem yaradan komandadır, bunu ilk dövrədə də görmüşdük. Sona qədər mübarizə apardıq, iki dəfə dirəyə tuş gəldik və nəhayət, əməyimizin qarşılığını aldıq”, - deyə Arbeloa bildirib.

Arbeloa qeyd edib ki, bu qələbə komandaya əlavə inam qazandırır:

“İndi bu inam üzərində işləməliyik. Qarşıdakı iki həftə ərzində komanda ilə işləmək üçün vaxtımız olacaq və bunu səbirsizliklə gözləyirik”.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью