Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliya A Seriyasının komandası "Komo" Alvaro Moratanın transferini rəsmən açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən açıqlamada 32 yaşlı hücumçunun satın alma opsiyonu ilə icarəyə götürüldüyü açıqlanıb.
"Real Madrid", "Yuventus", "Çelsi", "Atletiko Madrid" və "Milan"da çıxış edən ispaniyalı futbolçu ötən mövsümün ortasında "Qalatasaray"la 1 illik icarə müqaviləsi imzalamışdı.
"Qalatasaray" dünən Moratanın müqaviləsini qarşılıqlı olaraq ləğv etdiyini və müqaviləsini saxlayan "Milan"a qayıtdığını açıqlayıb.
Fərid
MİA.AZ