Alvaro Morata Milan dan icarə əsasında Qalatasaray a keçib

03.02.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Alvaro Morata "Milan"dan icarə əsasında "Qalatasaray"a keçib

Türkiyənin "Qalatasaray" klubu İtaliyanın "Milan" klubunun hücumçusu Alvaro Moratanı icarəyə götürüb. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Morata 2025-ci il fevralın 2-dən 2026-cı il yanvarın 20-dək icarədədir, icarə müddətini 2026-cı ilin sonuna qədər uzatmaq, həmçinin türk klubunun tələbi ilə ispan futbolçunun müqaviləsini almaq imkanı var.

Bu mövsüm Morata "Milan"ın heyətində bütün yarışlarda 25 oyun keçirib, 6 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun "Milan"la hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” internet portalında verilən məlumata görə, 32 yaşlı futbolçunun bazar dəyəri 13 milyon avrodur.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью