Alvaro Moratanı ölümlə hədələyən gənc həbs olundu

25.06.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyada millinin hücumçusu Alvaro Moratanı hədələyən azarkeş saxlanılıb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Mənbənin sözlərinə görə, şübhəli şəxs 19 yaşlı gəncdir. O, Millətlər Liqasının finalında Portuqaliya ilə oyundan sonrakı penalti seriyasında şansını boşa verən forvardı sosial şəbəkə üzərindən öldürməklə hədələyib, təhdidlərlə futbolçunun ailəsini də narahat edib.

Şübhəli şəxs özü polisə müraciət edərək hesabının oğurlandığını bildirib. Lakin istintaq zamanı onun ifadəsində uyğunsuzluqlar aşkarlanıb və polis bunun özünə alibi yaratmaq cəhdi olduğu qənaətinə gəlib.

Qeyd edək ki, 32 yaşlı Morata İspaniya millisinin kapitanıdı. Komanda ilə birlikdə 2024-cü ildə Avropa çempionu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью