Alvaro Moratanın Qalatasaray klubundakı qazancı bəlli olub

03.02.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

İtaliyanın "Milan" klubundan transfer olunan Alvaro Morata "Qalatasaray" klubunda ümumilikdə 6 milyon avro gəlir əldə edəcək.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, futbolçu 2024-2025 mövsümünün ikinci yarısı üçün 3 milyon, 2025-2026 mövsümünün ilk yarısı üçün də 3 milyon avro qazanacaq.

"Qalatasaray" futbolçunun qalıcı transferinə qərar verəcəyi təqdirdə isə "Milan" klubuna doqquz milyon avro ödəməli olacaq.

Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı qalıcı olaraq transfer edəcəyi təqdirdə futbolçuya illik altı milyon avro ödəyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью