Alverçidən maşın alanlar yenidən gömrüyə çağırılır RUSİYADA | Icma.az
Icma.az bildirir, Avtosfer portalına istinadən. Rusiyada maşın alverçilərinin fırıldağından əziyyət çəkənlərin sayı günbəgün artır.
Avtosfer.az xəbər verir ki, alverçilərdən (parallel idxalçılardan) daha ucuz qiymətə maşın alanlara çox vaxt 1-2 il sonra xəbərdarlıq məktubu gəlir.
Onlardan əlavə gömrük ödənişi tələb edilir. Məsələ sadədir: bütün dünyada olduğu kimi Rusiyada da gömrük rüsumu avtomobilin alış qiymətinə ə
Lakin bəzi alverçilər brokerlərin əli ilə sənədləri saxtalaşdıraraq idxal avtomobili daha ucuz qiymətə rəsmiləşdirirlər.
Alverçi də maşını cəlbedici qiymətə təklif etdiyi üçün bir neçə həftəyə müştəri tapıb satır. Lakin Federal Gömrük Xidməti başqa cür işləyir.
Xidmət invoysları, fakturaları 3 il ərzində təkrar yoxlayır. Fərq aşkar edildikdə isə avtomobil sahibini çağırır.
Sosial mediada yer alıan məlumata görə, bir avtomobil sahibi gömrüyə dəvət edilərək əlavə 734 000 rubl (12 100 manat) ödəməsi tələb edilib.
O isə tələblə razılaşmayaraq məhkəməyə üz tutsa da, prosesi uduzub.
Tam oxu
Xəbəri oxu