Alveş Rusiyada top qovacaq?

17.05.2025

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Daniel Alveş ilə bağlı maraqlı xəbər yayılıb. O, karyerasını Rusiyada bərpa edə bilər.
"Football-plus.az" xəbər verir ki, ölkənin müxtəlif sahələr üzrə məşhur simaların cəmləşdiyi komandalardan ibarət Medialiqasının bir sıra klubları məşhur braziliyalı ilə danışıqlar aparır. Bu haqda yarışın prezidenti Nikolay Osipov açıqlama verib.
O, Alveşin tezliklə klublardan biri ilə birillik müqavilə bağlaya biləcəyini deyib.
Xatırladaq ki, Daniel hazırda klubsuzdu. 2023-cü ilin yanvarında gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunan və 4,5 illik həbs cəzası alan məşhur futbolçu ötən ilin martında bəraət alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью