Alveş zorlama ittihamı ilə 1 illik həbsdən sonra bəraət aldı

28.03.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş zorlama ittihamı ilə bəraət alıb.

Lent.az xəbər verir ki, İspaniya Ali Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxsin ifadəsindən əlavə, ciddi təqsirli sübutların olmaması səbəbindən birinci hökmü (4.5 illik həbs qərarını) ləğv edib.

Xatırladaq ki, Alveş zorlama ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Bir il həbsdən sonra Barselona məhkəməsi keçmiş futbolçunu hökmdən apellyasiya şikayətinə qədər 1 milyon avro girov müqabilində azadlığa buraxıb.

Bəzi mənbələr Alveşin haqsız yerə həbsxanada keçirdiyi vaxta görə təzminat alacağını bildirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью