Alyaska sahillərində güclü zəlzələ: Sunami təhlükəsi var

17.07.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Alyaska sahilləri yaxınlığında 7.2 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Sand-Poynt yaşayış məntəqəsindən 87 km cənubda yerləşib.

Təbii fəlakətin ocağı 20.1 km dərinlikdə yerləşib. Sunami təhlükəsi mövcuddur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью