Alyaska yaxınlığında Rusiya hərbi təyyarəsi aşkar edilib

15.04.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Şimali Amerikanın Hava Hücumundan Müdafiə (HHM) Komandanlığı (NORAD) Alyaska sahilləri yaxınlığında beynəlxalq hava məkanında Rusiya hərbi təyyarəsinin uçuşunu aşkar edib.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə komandanlığın bəyanatında bildirilib.

"NORAD 2025-ci il aprelin 14-də Alyaskanın Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında (ADIZ) uçan Rusiya hərbi təyyarəsini aşkar edərək izləyib. Rusiya təyyarəsi beynəlxalq hava məkanında qalıb. O, ABŞ və ya Kanadanın suveren hava məkanına daxil olmayıb", - məlumatda qeyd olunub.

Eyni zamanda vurğulanıb ki, ABŞ Rusiyanın Alyaska yaxınlığındakı beynəlxalq hava məkanında fəaliyyətini təhdid kimi qiymətləndirmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью