Alyaskada 1998 ci ildən bəri ilk dəfə demokrat qubernator seçilib

14.11.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-də demokrat Conatan Kreyss-Tomkins Alyaska qubernatoru seçkilərində qalib gələrək, partiyanın 1998-ci ildən bəri bu vəzifəyə seçilən ilk nümayəndəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Kreyss-Tomkins 3 respublikaçını qabaqlayıb: ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi Bernadett Uilsonu, Deyv Bronsonu və Treq Teyloru.

Kampaniya zamanı 37 yaşlı siyasətçi yaşayış xərclərinin azaldılmasını, dövlət məktəblərinin tam maliyyələşdirilməsini və bütün neft-qaz istehsalçıları tərəfindən mənfəət vergisinin ödənilməsini müdafiə edirdi. O, həmçinin administrasiyasında hər iki partiyanın nümayəndələrinin və müstəqil şəxslərin yer alacağına söz verib.

Kreyss-Tomkins respublikaçı Mayk Danlivini əvəz edərək, dekabrın 7-də vəzifəsinin icrasına başlayacaq.

Əvvəlki demokrat qubernator Toni Noulz 1998-ci ildə yenidən seçilib və 2002-ci ilə qədər vəzifədə olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью