Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın Alyaska ştatında 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Nikolski yaşayış məntəqəsindən təxminən 167 kilometr qərbdə, ocağı isə 83 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində ölən və yaralananlar, eləcə də ciddi dağıntılar barədə məlumat yoxdur.