Icma.az, 525.az saytına istinadən bildirir.
Dünən Bakı vaxtı ilə 21:33-də Alyaskada 5.4 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri Kenay yarımadasında yerləşən və 1900 nəfər əhalisi olan Frits-Krik yaşayış məntəqəsindən 57 km şərqdə, ocağı 37 km dərinlikdə yerləşib.
Dağıntı və insan itkisi barədə məlumat verilmir.
L.Tağıyeva