Alyaskaya gələn rusiyalı jurnalistlər improvizə edilmiş otaqlara yerləşdiriliblər

15.08.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya-ABŞ sammitini işıqlandırmaq üçün Ankoricə gələn rusiyalı jurnalistlər "Dəniz canavarları" hokkey klubunun idman arenasında, "improvizə edilmiş" otaqlara yerləşdiriliblər.

Bu barədə Oxu.Az RBC-ya istinadən xəbər verir.

Kremldən bir gün əvvəl verilən məlumata görə, prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüş Bakı vaxtı ilə təxminən saat 23:30-da başlayacaq. Bu, Ağ Evin rəsmi cədvəlində də öz əksini tapır.

Sammit Ankoricdəki Elmendorf-Riçardson Birgə Hərbi Bazasında keçiriləcək.

Danışıqlardan sonra birgə mətbuat konfransı baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью