Alyona Əliyeva Zəkaların mübarizəsi olimpiadasının qaliblərini təbrik etdi

31.05.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva şagirdləri arasında keçirilən "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini təbrik edib.

Oxu.Az xəbər verir ki, A.Əliyeva bununla bağlı "Instagram" hesabında paylaşım edib.

"Heydər Əliyev Fondu ilə Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini səmimi qəlbdən təbrik edirəm!

Göstərdiyiniz bilik, əzmkarlıq və iradə həqiqətən alqışa layiqdir. Sizə gələcək fəaliyyətinizdə böyük uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!" - deyə paylaşımda bildirilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Alyona Aliyeva (@a.aliyeva_official)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью