Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Alzheimer" xəstəliyi sadəcə adi unutqanlıq deyil. Bu xəstəlik zamanla yaddaş, düşünmə və davranışlara təsir göstərən ciddi bir nevroloji pozuntudur.
Milli.Az xəbər verir ki, mütəxəssislər erkən mərhələdə diqqət yetirilməli olan əsas əlamətləri belə sıralayırlar:
1. Xırda səhvlərin artması
Söhbət sadəcə hesabı unutmaqdan deyil, ödəniş tapşırıqlarını qarışdırmaq, mətbəxə girib "bura niyə gəldim?" sualını tez-tez vermək kimi hallar artmağa başlayır.
2. Dil çətinlikləri
Söz tapmaqda çətinlik, dolayı ifadələrdən istifadə, danışıq zamanı fikri tamamlaya bilməmək və sosial ünsiyyətdən yayınmaq müşahidə olunur.
3. Orientasiya problemləri
Tanış marşrutlarda belə qısa müddətli çaşqınlıq və istiqaməti itirmə halları baş verə bilər.
4. Qərar vermədə səhvlər
Maliyyə yanlışlıqları, fırıldaqçılara qarşı həssaslıq, impulsiv və riskli qərarların artması diqqət çəkir.
5. Duyğu və şəxsiyyət dəyişiklikləri
Həssaslıq, laqeydlik, əsəbilik, şübhəcil davranış və "artıq əvvəlki kimi deyiləm" hissi yarana bilər.
6. Yuxu pozuntuları
Yarımçıq yuxu, tez-tez oyanmalar və gün ərzində zehni yorğunluq müşahidə edilir.
7. Zaman və məkan qarışıqlığı
Sadə və gündəlik hallarda belə tarixləri, günləri və məkanları qarışdırmaq təkrarlanır.
8. Təkrar olunan suallar və xatirələr
Eyni sualların qısa fasilələrlə verilməsi və eyni xatirələrin dəfələrlə danışılması diqqət çəkir.
9. İstiqamət çaşqınlığı
Tez-tez istifadə olunan və yaxşı tanınan ərazilərdə belə yolu səhv salmaq halları baş verə bilər.
10. Sosial əlaqələrin azalması
Ailə üzvləri, qonşular və dostlarla münasibətlərin getdikcə zəifləməsi və sosial mühitdən uzaqlaşma müşahidə olunur.
Milli.Az